09:32 18-11-2021
news_image
89
FUTBOL

Daha 10 azarkeş həbs edildi

İngiltərə polisi mayda keçirilən “Mançester Yunayted” – “Liverpul” matçının təxirə salınmasına səbəb olan daha 10 azarkeşi həbs edib.

Apasport.az saytının məlumatına görə, polisin növbəti reydi nəticəsində bu işdə təqsirkar bilinənlərin ümumi sayı 18-ə çatıb.

Etiraz aksiyasında və iğtişaş törətməkdə şübhəli bilinənlər 20-51 yaş arası olanlardır. Hadisə ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, mayın 2-də 1000-dən çox azarkeş “Old Trafford”un qarşısında toplaşaraq, klubun Super Liqada iştirak etmək qərarına görə Qleyzer ailəsinə etiraz edib. Daha sonra fanatların stadiona daxil olması səbəbindən əzəli rəqiblərin görüşü təxirə salınıb.