09:45 18-11-2021
news_image
80
FUTBOL

“Marsel” cəzalandırıldı

“Marsel” klubu cəzalanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Fransanın Peşəkar Futbol Liqası verib.

Marsellilər Liqa1-in XI turunun PSJ ilə görüşündə baş verənlər üzündən cəzaya məruz qalıb. Komanda bir ev oyununu azarkeşsiz keçirəcək.

Buna fanatların hərəkətləri səbəb olub. PSJ ilə qarşılaşma zamanı künc zərbələri yerinə yetirdiyi vaxt kənar əşyaların hədəfinə çevrilən Neymar polislər tərəfindən qorunmalı olub. 

“Marsel” “Trua” ilə matçda azarkeş dəstəyindən məhrum olub. Bu matç noyabrın 28-də keçiriləcək.

Qeyd edək ki, 13 oyunda 34 xal toplayan PSJ çempionatın lideridir. 23 xala malik “Marsel” 4-cü sırada qərarlaşıb.