09:55 18-11-2021
news_image
88
FUTBOL

“Qarabağ”la oyunda zədələndi, “Qarabağ”la matça sağaldı

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Omoniya”nın bir futbolçusu zədəsini sağaldıb.

Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, fransalı yarımmüdafiəçi Erik Boteak artıq məşqlərə qayıdıb.

Qrup mərhələsinin II turunda “Qarabağ”la ev matçında (1:4) zədələnən 34 yaşlı futbolçu həftəsonu Kipr çempionatının X turunda “Aris”lə görüşdə məşqçilər korpusunun sərəncamında olacaq. Boteak noyabrın 25-də Azərbaycan təmsilçisinə qarşı V tur matçında da iştirak edə biləcək.

Əvəzində kapitan Yannis Kusulos və qapıçı Fabiano zədədən əziyyət çəkir. Onlar hələ də məşqlərdə iştirak etmir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də start götürəcək. Hazırda təmsilçimiz 10 xalla H qrupuna liderlik edir.