10:46 18-11-2021
news_image
71
FUTBOL

Depay “onluq”dan kənar qaldı

Milli komandada bir il ərzində ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısında Vivyan Vudvord başçılıq edir.

İngiltərə yığmasının sabiq futbolçusu 1909-cu ildə milli forması ilə 25 qol vurub. 1954-cü ildə 23 dəfə fərqlənən macarıstanlı Şandor Koçiş 2-cidir. İranlı Əli Daei 1996-cı ildə 22 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, 2021-ci ilin ən yaxşı bombardiri olan Memfis Depay sıralamada 20-ci yerə şərikdir. Niderlandlı 17 qola imza atıb.

Bir ildə ən çox qol vuran “10-luq”
1. Vivyan Vudvord (İngiltərə) – 25 (1909)
2. Şandor Koçiş (Macarıstan) – 23 (1954)
3. Əli Daei (İran) – 22 (1996)
4. Vivyan Vudvord (İngiltərə) – 21 (1908)
5. Başar Abdullah (Küveyt) – 21 (2000)
6. Kərim Bagiri (İran) – 20 (1997)
7. Əli Daei (İran) – 20 (2000)
8-9. Yasem Al-Huvaidi (Küveyt) – 19 (1998)
8-9. Ali Mabhut (BƏƏ) – 19 (2019)
10. Romario (Braziliya) – 19 (1997)