17:02 21-11-2021
news_image
195
FUTBOL

Yığmamızın mundial “23-lüy”ü

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi Azərbaycan yığmasının 7-ci mundial arzusu ilə vidalaşması ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, millimiz DÇ-1998-dən başlayaraq 7-ci dəfə ən böyük idman yarışının seçmə mərhələsində mübarizə aparıb.

Komandamız bu müddətdə 34 qola imza atıb. Yığmanın qollarına ümumilikdə 23 futbolçu imza atıb. Onlardan 22-si komandamızın üzvləridir. Bir qol isə san-marinolu Miçel Çevollenin ayağına yazılıb.

Yalnız yeddi futbolçu birdən artıq qol vurub. Mundial bombardirimiz Emin Mahmudovdur. O, bütün qollarını yeni başa çatan tsikldə vurub. Vaqif Cavadovla Əfran İsmayılovun aktivində 3 top var.

1. Emin Mahmudov – 4
2-3. Vaqif Cavadov – 3
2-3. Əfran İsmayılov – 3
4-7. Elvin Məmmədov - 2
4-7. Rəşad Sadıqov - 2
4-7. Ruslan Abışov - 2
4-7. Vadim Vasilyev-2
8-22. 15 futbolçu hərəsi 1 qol
23. 1 avtoqol