12:48 18-11-2021
news_image
271
DİGƏR NÖVLƏR

Yenidən Azərbaycan Üzgüçülük Federasiyasına prezident seçildi - FOTOSESSİYA

Azərbaycan Üzgüçülük Federasiyasında (AÜF) hesabat-seçki konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.  

Seçkidə 2012-ci ildən AÜF-in prezidenti vəzifəsini icra edən Xanlar Fətiyev yenidən qurumun rəhbəri seçilib. O, növbəti 4 ildə də federasiyaya rəhbərlik edəcək.

Elçin Həsənov və Mark Koqanov qurumun vitse-prezidenti, Kamran Nəzərov, Şamil Əbürəhmanov, Azər Babayev və Ziya Bağırzadə isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Konfransın qonaqları - gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək AÜF-ə uğurlar arzulayıblar.