13:03 18-11-2021
news_image
207
DİGƏR NÖVLƏR

Federasiya prezidenti: "İstəyimiz olimpiadada üzgüçülük növündə medal qazanmaqdır"

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev brifinq keçirib.

Bu gün baş tutan seçkilərdə yenidən qurum başçısı seçilən funksioner apasport.az saytının əməkdaşının da qatıldığı brifinqdə federasiyanın gələcək planları barədə danışıb.

O bildirib ki, daha öncə də uğurlu çıxış üçün bir sıra addımlar atılıb: “Biz əlimizdən gələni etməyə çalışmışıq. Pandemiyaya baxmayaraq, idmançılarımız uğurlu çıxış etməyə çalışıb. Problemlər hər zaman var. Bunu minimuma endirməyə çalışırıq”.

Fətiyevin sözlərinə görə, əsas məqsəd uşaqların, yeniyetmələrin sağlam böyüməsidir: “Çalışırıq beynəlxalq yarışlarda iştirak edək. Bu illərdə pis-yaxşı nəticə göstərmişik. Əvvəllər yalnız xaricdən gələn idmançılar idi. Artıq yerli idmançılarımız da var. Əsas hədəfimiz Olimpiadadır. Heç vaxt iştirak xatirinə iştirak etməmişik. Ötən Olimpiadaya lisenziya qazanıb getmişik. İstəyimiz olimpiadada medal qazanmaqdır”.