22:02 18-11-2021
news_image
212
FUTBOL

Karyerasını erkən bitirən futbolçu lotereyada 1 milyon funt sterlinq uddu

İngiltərənin “Şeffild Yunayted” klubunun sabiq futbolçusu Terri Kennedi gözlənilməz sürprizlə qarşılaşıb.

Apasport.az saytının məlumatına görə, keçmiş müdafiəçi 1 milyon funt sterlinq qabağa düşüb.

28 yaşlı Terri bu vəsaiti lotereyada udub. İngiltərəli karyerasını 2017/18 mövsümündə zədə üzündən bitirib. Hazırda sabiq futbolçu inşaatçı kimi çalışır.

Qeyd edək ki, Kennedinin son klubu “Harroqat Taun” olub.