20:52 19-11-2021
news_image
503
FUTBOL

“Qarabağ” “Keşlə”yə 1 qolla qalib gəldi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı turun ilk günündə bir matç baş tutub.

Çempionatın lideri “Qarabağ” “Keşlə”ni qəbul edib. Qurban Qurbanovun yetirmələri meydana izləyiciləri ilə xal fərqini ən pis halda qorumaq üçün çıxıb.

Ötən tur “Neftçi”yə qalib gələn Sənan Qurbanovun komandasının növbəti sensasiyaya gücü çatmayıb. Bakılılara Ramil Şeydayevin vurduğu yeganə qol sayəsində 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi aktivinə növbəti 3 xalı yazdırıb.

Qeyd edək ki, tur sabah keçiriləcək “Neftçi” – “Sabah” və “Zirə” – “Səbail” görüşləri ilə davam etdiriləcək. Noyabrın 21-də isə “Qəbələ” – “Sumqayıt” matçı baş tutacaq.

Azərbaycan Premyer Liqası
XI tur
19 noyabr (cümə)
19:00. “Qarabağ” – “Keşlə” - 1:0
Qol:
Ramil Şeydayev, 49
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 25. Con Kamara, 11. Sadio Tounkara, 9. Anatole Abanq, 77. Merab Qiqauri, 10. Felipe Santos, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 72. Aldair Neto, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 55. Raul Həsənzadə, 97. Qurban Səfərov
Baş məşqçi: Sənan Qurbanov
“Azersun Arena” 

1

Qarabağ

11

8

2

1

23-7

26

2

Qəbələ

10

5

3

2

18-11

18

3

Neftçi

10

5

2

3

18-16

17

4

Zirə

10

4

4

2

15-11

16

5

Sumqayıt

10

3

2

5

7-12

11

6

Keşlə

11

3

1

7

11-19

10

7

Səbail

10

3

0

7

8-20

9

8

Sabah

10

2

2

6

12-16

8

Bombardir: Davit Volkov ("Zirə") - 8 qol.