23:33 18-11-2021
news_image
654
STOLÜSTÜ OYUNLAR

Yığmamız Ermənistanla heç-heçə edib, İtaliyaya qalib gəldi - YENİLƏNİB

Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün VI turun qarşılaşmaları baş tutub.

Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşıb. Qədir Hüseynovun istirahət etdiyi turda bütün şahmatçılarımız rəqibləri heç-heçə edib. Liderlər qrupunda qərarlaşan yığmamız 1 xalla kifayətlənib.

Qadın millimiz isə İtaliya ilə görüşüb. Gövhər Beydullayevanın iştirak etmədiyi qarşılaşma komandamız üçün uğurlu alınıb. Ülviyyə Fətəliyevanın qara fiqurlarla qazandığı qələbə millimizə 2 xal gətirib. Digər lövhələrdə heç-heçə qeydə alınıb – 3:1.

Avropa çempionatı
VI tur, 18 noyabr

Kişilər
Azərbaycan - Ermənistan - 2:2

Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan - 0,5:0,5
Teymur Rəcəbov - Hayk Martirosyan - 0,5:0,5
Robert Ovanisyan - Rauf Məmmədov - 0,5:0,5
Nicat Abasov - Samvel Ter-Sahakyan - 0,5:0,5

Turnir cədvəli: 1. Rusiya - 10 xal, 2. Azərbaycan, 3. İspaniya, 4. Ukrayna, 5. Niderland, 6. Ermənistan – hamısı 9 xal 

Qadınlar
İtaliya - Azərbaycan - 1,5:2,5

Marina Brunello - Günay Məmmədzadə - 0,5:0,5
Olqa Zimina - Gülnar Məmmədova - 0,5:0,5
Tea Queçi - Xanım Balacayeva - 0,5:0,5
Daniela Movilyanu - Ülviyyə Fətəliyeva - 0:1

Turnir cədvəli: 1. Rusiya – 12, 2. Gürcüstan - 10, 3. Azərbaycan, 4. Ukrayna – hər ikisi 9.