14:54 18-11-2021
news_image
190
FUTBOL

AFFA Əfqan Talıbovun ardınca Novruz Əzimova da iş verdi

AFFA “Bakı”nın sabiq baş məşqçisi Novruz Əzimovu yeni işlə təmin edib.

Apasport.az saytının məlumatına görə, assosiasiya “Neftçi”nin veteranını “Turan Tovuz”a göndərib.

O, I Divizionda mübarizə aparan qərb klubunun Müşahidə Şurasında (MŞ) yer alıb. AFFA daha əvvəl Əfqan Talıbovu “Turan”da yerləşdirib.

Vaxtilə o da Əzimov kimi Nazim Süleymanovun yaratdığı Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının aparıcı şəxslərindən biri idi.

İndi isə hər iki sabiq futbolçu Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin rəhbəri olduğu “Turan”ın xidmətindədir (sportinfo.az).