15:02 18-11-2021
news_image
132
FUTBOL

Tanınmış futbolçu prezidentliyə namizəd oldu

Kamerun milli komandasının sabiq hücumçusu Samuel Eto O ölkəsinin futbol federasiyasının prezidentliyinə namizəd olub.

Apasport.az saytının məlumatına görə, bunu veteran futbolçunun özü açıqlayıb.

Samuel bunu instaqram vasitəsilə bəyan edib: “Mən Kamerun Futbol Federasiyasının prezidentliyinə qarşıdakı seçkilərdə namizədliyimi rəsmən irəli sürmüşəm. Bu, mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, federasiyada islahatlar aparmağa və futbolumuzu yeni səviyyəyə qaldırmağa kömək edə biləcəyəm”.

Qeyd edək Ki, Eto O 4 dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib. O, 118 oyunda 56 qol vurduğu milli tarixinin ən yaxşı bombardiridir.