16:18 18-11-2021
news_image
138
FUTBOL

“Barselona” Alvesə qiymət qoydu: 100 milyon

İspaniyanın “Barselona” klubunun yeni transferi Dani Alvesin satış qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi braziliyalı müdafiəçinin müqaviləsinə klubdan ayrılması üçün qiyməti 100 milyon avro ilə göstərib.

Barselonanın eyniadlı komandasına azad  agent kimi qayıdan futbolçunun 38 yaşı olsa da, klub rəhbərliyi ona yüksək qiymət qoyub. Cənubi amerikalı ilə anlaşma mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Dani 2008-16-cı illərdə də “Barselona”da oynayıb.