00:23 19-11-2021
news_image
385
FUTBOL

İngiltərədə Harri Maquayr, Azərbaycanda Rəşad Sadıqov

İngiltərə millisi tarixinin ən çox qol vuran müdafiəçilərinin adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmanın son iki matçında da fərqlənən Harri Maquayr zirvəyə yüksəlib.

“Mançester Yunayted”in kapitanı millinin heyətində keçirdiyi 41 oyunda 7 qol vuraraq ən məhsuldar müdafiəçi adını ələ keçirib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycan millisi tarixinin ən məhsuldar müdafiəçisi Rəşad Sadıqovdur. Sabiq kapitan iştirak etdiyi 111 qarşılaşmada 5 dəfə fərqlənib. Onu 4 qolla Mahir Şükürov, Ruslan Abışov və hazırkı kapitan Maksim Medvedev izləyir.

1. Harri Maquayr – 41 oyunda 7 qol
2. Cek Çarlton – 35 oyunda 6 qol
3. Con Terri – 78 oyunda 6 qol
4. Fil Neal – 50 oyunda 5 qol
5. Qari Keyhill – 61 oyunda 5 qol
6. Toni Adams – 66 oyunda 5 qol
7. Styuart Pirs – 79 oyunda 5 qol