17:02 18-11-2021
news_image
453
FUTBOL

Davit Volkov “Zirə”ni tərk edə bilər – meneceri açıqladı

“Zirə”nin hücumçusu Davit Volkov mövsümün sonunda komandasını tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, bunu Gürcüstan millisinin futbolçusunun meneceri Levan Zuxbaya deyib.

Ölkəsində “Lelo” nəşrinə açıqlama verən agent müştərisinin gələn ilin yayında daha güclü kluba keçmək ehtimalını istisna etməyib: “Ötən mövsümün ardından Davitə maraq var idi, amma iki dəfə zədələndi. Avrokuboklarda iştirak edən komandalara isə hazır futbolçu lazımdır. Bu da Volkova mane oldu. Təkliflər olub, bundan sonra da olacaq. Əsas odur ki, “Zirə”də məşqçi və rəhbərlik ona güvənir. Oradakı uğurlu çıxışı sayəsində 26 yaşında Gürcüstan millisinə çağırıldı. Son iki ildə onunla Azərbaycan, Türkiyə, Polşa, Ukrayna və Macarıstan klubları maraqlanıb. Volkov milli və karyera maraqlarını nəzərə alaraq qərar verəcək”.

Qeyd edək ki, Davit Volkovun “Zirə” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.