17:48 18-11-2021
news_image
193
DİGƏR NÖVLƏR

Olimpiyaçımız Fransaya yollanır

Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova Qran-Pridə iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner turnirin 5-ci mərhələsində qüvvəsini sınayacaq.

Pekin Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək idmançımız Fransanın Qrenobl şəhərində buz üzərinə çıxacaq. Bu mərhələ noyabrın 19-21-də keçiriləcək.

Qeyd edək ki, yarışda 6 ölkədən 12 idmançı mübarizə aparacaq.