23:23 18-11-2021
news_image
126
FUTBOL

Fabio Kannavaro dünya çempionluğundan sonrakı qiymətini açıqladı

“İndi oyunçular əvvəlkilərdən daha çox qazanırlar. Bu, futbolda maliyyə ilə bağlıdır, indi əsas personajlar oyunçulardır. Dünya çempionluğu adi futbolçunu əfsanəyə çevirir”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın əfsanəvi futbolçusu Fabio Kannavaro deyib.

“Skuadra Adzurra”nın unudulmaz müdafiəçiləri sırasında göstərilən 48 yaşlı mütəxəssis futbolda transfer qiymətlərinin və maaşların artımından danışıb. O, 2006-cı ildə “Qızıl top”u qazanmasını sırf dünya çempionluğu ilə əlaqələndirib. Fabio indiki “bazar”a uyğun həmin vaxt transfer qiymətini də açıqlayıb: “Qızıl top”u qazanmağın bu gün nə qədər dəyərli olduğunu bilmirəm. Amma 2006-cı ildəki dünya çempionatından sonra mənim qiymətim təxminən 100 milyon funt sterlinq olardı”.

Qeyd edək ki, DÇ-2006-nı qazanan İtaliya millisinin kapitanı olan Fabio Kannavaro həmin il dünyanın ən yaxşı futbolçusu seçilib.