09:10 19-11-2021
news_image
135
FUTBOL

“Qarabağ” – “Omoniya” oyununa 75 manatlıq bilet

Konfrans Liqasının qrup mərhələsinin V turunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyununun biletləri satışa çıxarılır.

Apasport.az saytının Ağdam klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, azarkeşlər bu gündən biletlərə sahib ola bilər.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” qarşılaşması noyabrın 25-də keçiriləcək.