10:04 19-11-2021
news_image
196
FUTBOL

“Omoniya”nın “Qarabağ” planı - əsas heyətə istirahət

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya” Bakıda ideal “11-lik”lə çıxış etməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.

Bildirilib ki, Nikosiya təmsilçisi artıq bütün diqqətini daxili çempionata yönəldib. Çünki komandanın Konfrans Liqasında heç bir iddiası qalmayıb. Noyabrın 21-də Kipr çempionatının X turunda “Aris”lə görüşə əsas heyətlə çıxacaq “Omoniya” həmin oyunçuların bir neçəsinə “Qarabağ”la matçda istirahət verməyi planlaşdırır. Baş məşqçi Henninq Berq son turda “Kayrat”la görüşdə də eyni addımı atacaq.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” qarşılaşması noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.