10:16 19-11-2021
news_image
550
FUTBOL

Yığmamızı Mozambik və Ekvatorial Qvineya da geridə qoydu – FİFA reytinqi

Azərbaycan millisinin növbəti FİFA reytinqindəki mövqeyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, noyabrın 25-də dərc olunacaq siyahı ilə bağlı təxminlər açıqlanıb.

Azərbaycan yığması cədvəldə 120-ci sırada qərarlaşacaq. Komandamızın hesabında 1139 xal olacaq.

Canni de Byazinin yetirmələri hesabat dövründə Lüksemburqla DÇ-2022-nin seçmə oyununda 1:3 hesabı ilə uduzub və Qətərlə yoldaşlıq matçında sülhə imza atıb – 2:2. Bu iki qarşılaşmada 7,85 xal itirən milli 1 pillə geriləyəcək.

Ötən ay 119-cu olan komandanın aşağı yuvarlanmasına səbəb qonşu pillələrdə baş verən ciddi dəyişikliklərdir. Millimiz üç ölkəni keçəcək. Bunlar Farer adaları, Zimbabve və Mərkəzi Afrika Respublikasıdır. Dörd komanda - Qazaxıstan, Mozambik, Niger və Ekvatorial Qvineya isə yığmamızı arxada qoyacaq.

Qeyd edək ki, 2 pillə irəliləyəcək Türkiyə 1472 xalla 37-ci olacaq. Belçika (1828), Braziliya (1826) və Fransa (1786) ilk “üçlük”də qalacaq.