11:13 19-11-2021
news_image
117
FUTBOL

FİFA-ya şikayət: “Bu, bukmekerlərin sifarişidir”

Cənubi Afrika Futbol Assosiasiyası FİFA-ya müraciət edib.

Apasport.az saytının məlumatına görə, qurum DÇ-2022-nin seçmə qrup mərhələsinin Qana ilə keçirilən son oyunla bağlı şübhələrini rəsmi şikayətlə bildirib.

Cənubi Afrika Futbol Assosiasiyasının prezidenti Denni Cordan 0:1 hesabı ilə uduzduqları görüşdə rəqibi qələbəyə daşıyan penaltinin qəsdən verildiyini iddia edib. Onun fikrincə, matçdan əvvəl Qananın qələbəsinə bukmeker kontorlarında külli miqdarda pul qoyuluşu olub və baş hakim onların sifarişi ilə qərəzli qərarlar qəbul edib. Cənubi afrikalıları ən çox şübhələndirən referinin təyin etdiyi penalti olub.

Qeyd edək ki, Qana bu qalibiyyət sayəsində pley-offda oynamaq hüququ əldə edib.