11:27 19-11-2021
news_image
143
FUTBOL

“Mançester Yunayted”in Luis Enrike planı

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Ole-Qunnar Sulşerə əvəzləyici axtarır.

Apasport.az saytının məlumatına görə, norveçlini istefaya göndərəcəyi dəqiqləşən Premyer Liqa təmsilçisinin daha bir namizədi bəlli olub.

Zinəddin Zidanın İngiltərədə çalışmaqdan imtinasından sonra mançesterlilərin əsas hədəfi Luis Enrikedir. Premyer Liqa klubu hazırda İspaniya millisinə rəhbərlik edən mütəxəssislə danışıqlara başlamağı planlaşdırır. İspaniyalının iş üslubu və ulduzlarla çalışmaq bacarığı klub rəhbərliyinin ürəyincədir. 

Qeyd edək ki, İspaniya Enrikenin rəhbərliyi altında AVRO-2020-də yarımfinala qədər irəliləyib.