13:14 19-11-2021
news_image
138
FUTBOL

“Qarabağ”ın növbəti oyununun vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, gələn həftə başlayacaq turun qarşılaşmaları üç günü əhatə edəcək.

Konfrans Liqasında mübarizəni davam etdirən “Qarabağ”ın “Qəbələ” ilə qarşılaşması noyabrın 29-da baş tutacaq. Qəbələdəki matç saat 16:00-da başlayacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


27 noyabr (şənbə)

16:00. “Sabah” – “Keşlə”
“Bank Respublika Arena”

18:15. “Neftçi” – “Səbail”
“Bakcell Arena”

28 noyabr (bazar)

16:00. “Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”

29 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu