22:01 19-11-2021
news_image
221
FUTBOL

“Barselona” istədiyini “Bazel”də tapdı

Konfrans Liqasının qrupunda “Qarabağ”ın rəqibi olan “Bazel”in futbolçusu Artur Mendonsa “Barselona”nın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, hücumçu axtarışında olan İspaniya nəhəngi braziliyalı forvardı heyətində görmək istəyir.

Arturu La Liqa klubuna skaut kimi çalışan Deku məsləhət görüb. O, futbolçunun agenti Paulo Pitombeyra ilə danışıqlara da start verib.

“Barselona” Mendonsanı qışda almaq üçün futbolçularından birini satmalıdır. Arturun transfer qiyməti 8 milyon avrodur.

Qeyd edək ki, “Bazel”in futbolçusu cari mövsümdə 24 oyunda 23 qol vurub.