13:53 19-11-2021
news_image
99
FUTBOL

AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin bu gün baş tutan iclasında I divizionda baş vermiş neqativ hallar müzakirə olunub.

Apasport.az saytının məlumatına görə, komitə bir oyunla bağlı sərt qərar qəbul edib.

VIII turun “Qaradağ Lökbatan” – MOİK oyununda matç bitdikdən sonra qonaqların futbolçusu Elgün Bayramov hakimlər briqadasını təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığından 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.

“Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün isə onlar 80 manat ziyana düşüblər. Eyni hal MOİK-də baş verdiyindən “hərbçilər” də 80 manat cərimə olunub.