14:25 19-11-2021
news_image
305
FUTBOL

AFFA Gəncə klubunu çempionatdan kənarlaşdırdı

Təhsil İdman Mərkəzinin “Gəncə” komandası U-11 Liqasından kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA verib.

Qurumun İntizam Komitəsi komanda çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün Gəncə təmsilçisini yarışdan xaric edib. “Təbriz” TİM-lə görüşdə təyin olunan vaxtda oyuna gəlməyən komanda 3-cü dəfə buna yol verib.

Bu görüşdə TİM “Gəncə”yə 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərara alınıb. Komanda çempionatın  oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.