16:33 21-11-2021
news_image
232
FUTBOL

Rekordçu Foqts, uğurlu Prosineçki, Sadıqovun antirekordunu təkrarlayan de Byazi

DÇ-2022-nin seçmə mərhələsini uğursuzluqla başa vuran Azərbaycan millisi tarixinin 7-ci mundial tsiklini yekunlaşdırıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi seçmə mərhələnin əvvəlindən sonunadək postunda qalan 4-cü mütəxəssis olub.

Onadək Berti Foqts iki, İqor Ponomaryovla Robert Prosineçki hərəyə bir tsikli başa çatdıra bilib. Digər iki seçmə mərhələnin gedişində məşqçi dəyişikliyi olub.

De Byazinin yetirmələri 8 görüşdə cəmi 1 xal qazanıb. O, millimizin mundial yolundakı əcnəbi məşqçiləri arasında ən zəif göstəricidir. Həm Foqts, həm Prosineçki, hətta Karlos Alberto Torreslə daha çox qazanılıb.

Ümumilikdə isə italiyalı milli tarixinin baş məşqçilər üçün antirekordunu təkrarlayıb. Onadək Vaqif Sadıqov mundiallarda cəmi 1 xal görüb. Hazırda AFFA-nın vitse-prezidenti olan mütəxəssis də de Byazi ilə eyni sayda – 8 matçda belə uğursuzluq yaşayıb. Top fərqinə görə də sonuncu məhz Sadıqovdur.

Yığma DÇ-lərdə Berti Foqtsla daha çox – 14 xal toplayıb. Millinin ən uğurlu məşqçisi isə Robert Prosineçkidir. Onunla hər görüşdə orta hesabla 1 xal əldə olunub.

Yerli və legioner mütəxəssisləri müqayisə etsək, əcnəbilərlə 45 matçda 27 xal qazanılıb. Yerli baş məşqçilərlə 21 qarşılaşma isə cəmi 9 xal gətirib.

Millinin baş məşqçiləri DÇ-nin seçmə mərhələlərində

Berti Foqts

20

2

8

10

11-25

14

Robert Prosineçki

10

3

1

6

10-19

10

İqor Ponomaryov

10

1

2

7

4-17

5

Kazbek Tuayev

3

1

0

2

1-8

3

Karlos Alberto Torres

7

0

2

5

1-17

2

Canni de Byazi

8

0

1

7

5-18

1

Vaqif Sadıqov

8

0

1

7

2-18

1