16:38 19-11-2021
news_image
157
FUTBOL

Ter-Şteqen Premyer Liqa klubuna “yox” dedi

“Barselona”nın qapıçısı Mark-Andre Ter-Şteqenin “Nyukasl”a keçidi baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, almaniyalı qolkiper İngiltərə klubunun təklifini rədd edib.

O, Premyer Liqa təmsilçisinin şərtlərini nəzərdən keçirməyə belə lüzum görməyib. Klubda təşkilati işlərin durumundan narazı qalan Mark-Andre ingiltərəlilərə düşünmədən cavab verib.

Qeyd edək ki, “Nyukasl” Ter-Şteqenə görə “Barselona”ya 55 milyon avro verməyə hazır idi.