22:53 19-11-2021
news_image
93
FUTBOL

Qaviyə İngiltərədən maraq

“Barselona”nın yarımmüdafiəçisi Qavi ilə maraqlanan klubların sayı artmaqdadır.

Apasport.az saytının məlumatına görə, gənc oyunçu indi də “Mançester Yunayted”in gündəminə düşüb.

“Qırmızı şeytanlar” 17 yaşlı orta sahə oyunçusu üçün danışıq aparmağa hazırdır. İspaniya millisinin üzvü kataloniyalılarla müqaviləsini hələ də yeniləməyib. Bu isə Avropanın bir çox top-klubunun diqqətini çəkir.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Qavinin transfer qiyməti 25 milyon avrodur.