17:23 19-11-2021
news_image
154
FUTBOL

“Bavariya”dan gedir

Almaniyanın “Bavariya” klubunun futbolçusu Kinqsli Koman Münhen təmsilçisini tərk etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçu karyerasını İspaniyada davam etdirmək istəyir.

Bundesliqa təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Koman “Barselona”dan təklif alıb. Maliyyə çətinlikləri olan İspaniya nəhəngi almaniyalını icarəyə götürməyi planlaşdırır. 

Amma “Bavariya”nın da Komanla bağlı öz planları var. Münhenlilər onunla müqaviləni uzatmaq, ən pis halda satmağı planlaşdırır.

Qeyd edək ki, Kinqslinin transfer qiyməti 55 milyon avrodur.