20:48 19-11-2021
news_image
92
FUTBOL

"Qarabağ"ın kapitanı zədələndi

"Qarabağ" itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubunun kapitanı Maksim Medvedev sıradan çıxıb.

Müdafiəçi Azərbaycan Premyer Liqasının XI turunda "Keşlə" ilə görüşdə zədələnib. Qarşılaşmanın 84-cü dəqiqəsində xəsarət alan Maksimi məşqçilər korpusu Bəhlul Mustafazadə ilə əvəzləyib. Təcrübəli futbolçunun zədəsi ciddi olmasa da, baş məşqçi Qurban Qurbanov riskə getməyərək, 88-ci dəqiqədə onu meydandan çıxarıb. 

Qeyd edək ki, hazırda son dəqiqələri gedən matçda "Qarabağ" 1:0 hesabı ilə öndədir.