00:00 20-11-2021
news_image
161
FUTBOL

“Mançester Yunayted”in futbolçusuna 6 klubdan təklif

Cessi Linqard “Mançester Yunayted”lə müqavilənin uzadılması ilə bağlı danışıqlardan imtina edib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 6 klubun maraq dairəsindədir.

Onun adı “Barselona”, “Milan”, “Nyukasl”, “Vest Hem”, “Everton” və “Tottenhem”in transfer siyahısında yer alıb. Bu klublar mövsümün sonunda azad agent statusu alacaq Linqardı pulsuz heyətinə qatmaq niyyətindədir. Mançesterlilər onu qışda 10 milyon funt sterlinqə satmağa razıdır.

Qeyd edək ki, Linqard cari mövsümün 8 oyununda cəmi 154 dəqiqə meydanda olub və 2 qol vurub.