00:31 20-11-2021
news_image
98
FUTBOL

PSJ Kessye ilə danışıqlara başladı

Fransanın PSJ klubu Frank Kessyenin keçidi ilə bağlı danışıqlara start verib.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisinin idman direktoru Leonardo futbolçunun agenti ilə görüşüb.

Tərəflər yarımmüdafiəçinin “Milan”dan transferini müzakirə ediblər. Kessyenin İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

A seriyası təmsilçisi onunla yeni anlaşma imzalamaq istəsə də, buna nail olmayıb. Bu üzdən milanlılar futbolçunu qış transfer pəncərəsində satacaq.

Qeyd edək ki, Fil Dişi Sahilindən olan 24 yaşlı futbolçu cari mövsümün 12 matçında 2 qol vurub.