22:55 19-11-2021
news_image
138
FUTBOL

Yığmamız FİFA reytinqində yenə gerilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi 1139 xalla dünyanın 120-ci komandasıdır.

Canni de Byazinin yetirmələri hesabat dövründə Lüksemburqla DÇ-2022-nin seçmə oyununda 1:3 hesabı ilə uduzub və Qətərlə yoldaşlıq matçında sülhə imza atıb – 2:2. Bu iki qarşılaşmada 8 xal itirən milli 1 pillə geriləyib.

Qeyd edək ki, 2 pillə irəliləyən Türkiyə 1473 xalla 37-cidir. Belçika (1828), Braziliya (1826) və Fransa (1786) ilk “üçlük”də qalıb.