10:05 20-11-2021
news_image
79
FUTBOL

Maykl Ouen “Qızıl top”a favoritini açıqladı

İngiltərə millisinin və “Liverpul”un əfsanəvi futbolçusu Maykl Ouen “Qızıl top”a əsas namizədini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, sabiq hücumçu favoritinin Robert Levandovski olduğunu bildirib.

Onun fikrincə, “Bavariya”nın polşalı forvardı bu titula hamıdan layiqdir: “Roberti seçərdim. Başqa namizədlər də var. Salah heç nə qazana bilməsə də, əla mövsüm keçirdi. Jorjinyo isə “Çelsi”yə hər şeyi qazandırıb. Amma düşünmürəm ki, o, Levandovski kimi oyunçuları qabaqlayaraq bu mükafatı qazanacaq qədər potensiallıdır. Robertin göstəriciləri təsir edicidir. Bu mükafatı qazanmadan karyerasını davam etdirsəydi, böyük cinayət olardı. O, əla hücumçudur”.

Qeyd edək ki, Maykl Ouen 2001-ci ildə “Qızıl top” mükafatını qazanıb.