10:50 20-11-2021
news_image
129
FUTBOL

Samirə Şıxabəyova “Mançester Siti”nin akademiyasında

Dağıstanlı qadın futbolçu Samirə Şixabəyova “Mançester Siti” akademiyasına cəlb olunub.

Apasport.az saytının məlumatına görə, bu xəbəri Dağıstanın Bədən Tərbiyəsi və İdman Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, 12 yaşlı Samirə Premyer Liqa klubunun qızlardan ibarət komandasında çıxış edəcək. Böyük Britaniyada yaşayan Şıxşabəyova “şəhərlilər”lə müqavilə imzalayıb.

Qeyd edək ki, Samirə Şıxşabəyovanın kiçik qardaşı da “Mançester Siti” akademiyasında çıxış edir.