13:05 20-11-2021
news_image
73
FUTBOL

Milli üzvü koronavirusa yoluxdu

İtaliya futbolunda koronavirusa yoluxma faktı yenidən artmaqdadır.

Apasport.az saytının məlumatına görə, indi də “Naopli”nin hücumçusu Matteo Politanonun testi pozitiv çıxıb.

Neapol təmsilçisi 28 yaşlı forvardın dərhal özünü təcrid etdiyini yayıb. Bu isə o deməkdir ki, Politano A seriyasının qarşıdakı matçları ilə yanaşı, Avropa Liqasının qrup mərhələsinin V turunda Moskva “Spartak”ı ilə görüşü də buraxacaq.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm “Napoli”nin heyətində 16 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.