13:34 20-11-2021
news_image
68
FUTBOL

Lukaku “Yuventus”la oyuna yetişəcək?

“Çelsi”nin hücumçusu Romelu Lukaku zədəsini sağaldıb.

Apasport.az saytının məlumatına görə, bunu London klubunun baş məşqçisi Tomas Tuxel açıqlayıb.

Onun sözlərinə görə, belçikalı forvard İngiltərə Premyer Liqasının XII turunda “Lester”lə bu gün keçiriləcək matçı buraxacaq. Lakin çalışdırıcı Lukakunun Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Yuventus”la qarşılaşmada iştirakının mümkün olduğunu söyləyib: “Romelu sabah və ya həftənin birinci günü komanda məşqlərə qoşulacaq. Əgər hər şey qaydasında olsa, “Yuventus”la matçda ehtiyat oyunçular skamyasında oturacaq”.

Qeyd edək ki, “Çelsi” – “Yuventus” oyunu noyabrın 23-də keçiriləcək.