14:00 20-11-2021
news_image
124
FUTBOL

Yığma argentinalı məşqçiyə tapşırılır

Uruqvay millisinin yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, Uruqvay Futbol Assosiasiyası Marselo Qalyardonu bu posta gətirməyə hazırlaşır.

Qurum hazırda “River Pleyt”in sükanı arxasında olan argentinalı mütəxəssislə danışıq aparır. 45 yaşlı çalışdırıcının “River Pleyt”lə ilin sonuna qədər olan müqaviləsini yeniləməməsi və Uruqvay yığmasına təyin olunması gözlənilir.

Qeyd edək ki, 2006-cı ildən yığmanı çalışdıran Oskar Tabares dünən istefaya göndərilib.