14:11 20-11-2021
news_image
87
FUTBOL

Dembeledən növbəti intizamsızlıq

“Barselona”nın yarımmüdafiəçisi Usman Dembele növbəti dəfə klubun intizam qaydalarını pozub.

Apasport.az saytının məlumatına görə, fransalı hücumameyilli oyunçu yenə komandanın səhər məşqinə gecikib.

Dembeleyə məşqçi heyəti zəng edəndə hələ də evdə imiş. O, günün yeganə məşqinin axşam olacağını zənn etdiyini söyləyib. Bu üzdən kollektivə gec qoşulub.

Qeyd edək ki, bu, yeni baş məşqçi Xavi Ernandesin rəhbərliyi altında 8-ci məşqdə Dembelenin ikinci gecikməsidir. Fransa millisinin üzvü bu dəfə daha böyük pul cəriməsinə məruz qalıb.