14:36 20-11-2021
news_image
79
FUTBOL

“Verder” saxta sənədə görə məşqçilərini qovdu

Almaniyanın “Verder” klubu baş məşqçisi Markus Anfanqı istefaya göndərilib.

Apasport.az saytının məlumatına görə, bunu Bremen təmsilçisi açıqlayıb.

Mütəxəssisin müqaviləsinə xitam verilib. 47 yaşlı çalışdırıcının köməkçisi Florian Yunq da vəzifəsindən azad edilib.

Buna dövlət ittihamı ilə bağlı araşdırmalar səbəb olub. Hər iki mütəxəssis vaksinasiya ilə bağlı saxta sənədlərdən istifadədə günahlandırılır.

Qeyd edək ki, Bundesliqanı ötən mövsüm tərk edən “Verder” II Bundesliqada 13 oyundan sonra 19 xalla 8-cidir.