15:02 20-11-2021
news_image
580
FUTBOL

Qurban Qurbanovdan sonra milli belə düşməmişdi

Azərbaycan millisi FİFA-nın son reytinq siyahısında 120-ci pillədə qərarlaşıb.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri son 42 ayın antirekorduna imza atıb.

Belə ki, yığmamız son 3 il yarım ərzində belə aşağı pilləyə düşməyib. Komandamızın sonuncu dəfə belə aşağı sıralarda yer alması 2018-ciin mayına təsadüf edib.

Həmin vaxt yığmaya Qurban Qurbanov başçılıq edirdi. Klub karyerasından fərqli millidə uğursuzluğa düçar olan mütəxəssisin yetirmələri həmin vaxt dünyanın 126-cısı olub.

Bu iki uğursuz göstərici arasında olan dövrdə FİFA 28 dəfə reytinq açıqlayıb. Millimiz ən pis halda 119-cu pillədə yer alıb. Bu dəfə isə komanda 3,5 il üçün öz antirekordunu yenilədi.