15:37 20-11-2021
news_image
169
FUTBOL

İnyesta 100-cü oyunda coşdu: Liderə qarşı qol və assist

İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta “Vissel Kobe”də 100-cü oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Yaponiya çempionatının XXXVI turunun “Yokohama” ilə qarşılaşması yarımmüdafiəçi üçün əlamətdar olub.

İnyestanın komandası bu matçda 2:0 hesablı qələbə qazanıb. Bir qolun ötürməsini verən ispaniyalı özü də penaltini dəqiq yerinə yetirib.

Andresin komandası finişə 2 tur qalmış 70 xalla ikincidir. “Vissel Kobe” “Yokohama”dan 5 xal geri qalır.