16:06 20-11-2021
news_image
122
FUTBOL

Tabares rekordçu, Terimlə Foqts siyahıda

Eyni milli komandanı ən çox oyuna çıxaran baş məşqçilərin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində bir komandada ən azı 100 oyun keçirən mütəxəssislər yer alıb.

Futbol tarixində 36 məşqçi buna nail olub. İFFHS-in cədvəlinə Oskar Tabares başçılıq edir. O, 225 matçda Uruqvayı meydana çıxarıb.

Azərbaycan yığmasında rekord Berti Foqtsa məxsusdur. O, komandanı 71 matça çıxarıb. Bu göstərici cədvələ düşməyə yetərli olmasa da, Foqts siyahıdan kənar qalmayıb. O, Almaniya millisindəki 102 oyunla siyahıda 35-cidir.

Türkiyə yığmasını 135 matça çıxaran Fatih Terim də cədvələ daxil edilib. O, dünyada 13-cüdür.

Eyni millini ən çox oyuna çıxaran 10 baş məşqçi
1. Oskar Tabares (Uruqvay) - 225 
2. Yoahim Löv (Almaniya) - 198
3. Zepp Herberger (Almaniya) - 167
4. Morten Olsen (Danimarka) – 166
5. Huqo Meyls (Avstriya) - 155
6. Mahmud El-Qohari (Misir) - 151
7. Brüs Arena (ABŞ) - 146
8-9. Helmut Şon (Almaniya) – 139
Valter Vinterbottom (İngiltərə) – 139
10. Con Pettersson (İsveç) - 138