17:10 20-11-2021
news_image
95
FUTBOL

“Leypsiq”in ev oyunları tamaşaçısız keçiriləcək

“Leypsiq” növbəti üç ev oyununu tamaşaçısız keçirəcək.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Tribunaların boş qalmasına səbəb koronavirus pandemiyasıdır. Saksoniya bölgəsinin nazirlər kabineti məhdudiyyətləri sərtləşdirib və stadionlara tamaşaçılar buraxılmayacaq.

Leypsiqin eyniadlı təmsilçisi noyabrın 28-də “Bavariya”, dekabrın 11-də Mönhenqladbax “Borussiya”sı ilə çempionat, dekabrın 7-də “Mançester Siti” ilə Çempionlar Liqası oyununu boş tribunalar önündə keçiriləcək.