17:29 20-11-2021
news_image
97
FUTBOL

Daha 2 futbolçuda koronavirus

İtaliya A seriyasında daha iki futbolçu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, “Roma”nın iki yarımmüdafiəçisinin testi müsbət nəticə verib.

Əsas komandanın yoluxan üzvlərinin adları açıqlanmır. Bütün komanda yenidən test verəcək.

Qeyd edək ki, “Roma” XIII turun sabah keçiriləcək oyununda “Cenoa” ilə görüşməlidir.