20:14 20-11-2021
news_image
261
FUTBOL

“Neftçi” uduzdu, “istefa” şüarları yayıldı

Premyer Liqanın XI turunun “Neftçi” – “Sabah” görüşü xoşagəlməz hadisə ilə yekunlaşıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşma bitəndən sonra meydan sahiblərinin oyunçusu Mirabdulla Abbasovla rəqibləri arasında mübahisə yaşanıb.

Meydana azarkeş də daxil olub. Onu polislər yaxalayıb. Mirabdullanı isə komanda yoldaşları sakitləşdirib.

Ardıcıl 3-cü dəfə uduzan “Neftçi” azarkeşlərini də üzüb. Bu üzdən tribunalar “istefa” şüarları səsləndirib.

 Qeyd edək ki, “Neftçi” hesabı açdığı qarşılaşmada 1:2 hesabı ilə məğlub olub.