20:28 20-11-2021
news_image
205
FUTBOL

Murad Musayev: "Görüləcək işlərimiz var"

“Çox vacib qələbə qazandıq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

O, Premyer Liqanın “Neftçi” ilə matçı barədə fikirlərini açlıqlayıb: “Neftçi” güclü komandadır. Son çempiondur. İlk hissədə oyunumuz alınmadı. Amma hər top üçün mübarizə apardıq. Fasilədən sonra səhvlərimizi aradan qaldırdıq. Pressinqi gücləndirdik və top oğurlamaqdan sonra iki qol vurduq. Futbolçulardan çox razıyam. Görüləcək işlərimiz var”.

Musayev “Neftçi” sindromunun qırılmasına da münasibət bildirib: “Oyundan sonra bildim ki, bu, “Neftçi” üzərində ilk qələbədir. Buna görə sevinirəm. “Sabah”da ilk qələbəmi qazandığım üçün çox şadam. Amma sabahdan bunu unudub işimizi davam etməliyik. Bizi qarşıda çox iş gözləyir. Bütün aspektlər üzərində çalışmalıyıq. Ən önəmlisi odur ki, dayanmamalıyıq”.

Rusiyalı mütəxəssis qış transfer pəncərəsi ilə bağlı planlarını da açıqlayıb: “Çox sayda transfer olmayacaq. Heyətimizdə yüksək keyfiyyətli oyunçularımız var. Bəzi mövqeləri gücləndirmək barədə danışıqlar gedir. İndiki futbolçulara daha çox güvənəcəyik. Özümdən əvvəlki məşqçiyə hörmətlə yanaşıram. Lakin mənim futbol baxışım fərqlidir. Əvvəlki “Sabah”la indikinin oyun üslubu da fərqlənir. Mən buna uyğunlaşdırmaq istəyirəm. Vəd verməyi sevmirəm. Çalışacağıq ki, hücum futbolu oynayaq. Bu da futbolda ən çətin olanıdır. Bu istiqamətdə işləyəcəyik”.

Qeyd edək ki, “Sabah” səfər matçında 2:1 hesablı qələbə qazanıb.