22:44 20-11-2021
news_image
208
FUTBOL

“Mançester Yunayted”in 32 ildən sonrakı fiaskosu

İngiltərə Premyer Liqasının XII turu “Mançester Yunayted”in darmadağını ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Ole-Qunnar Sulşerin yetirmələri “Uotford”a 1:4 hesabı ilə uduzub.

Bu, Mançester klubunun aşağı dəstədən gələn rəqiblərlə oyunlarda son 32 ildəki ən ağır məğlubiyyətidir. Ötən mövsüm Çempionşipdə 2-ci olan Klaudio Ranyerinin yetirmələri hazırda 16-cı sırada qərarlaşıb.

“Mançester Yunayted” sonuncu dəfə 1989-cu ilin sentyabrında aşağı liqadan gələn kluba daha ağır yenilgi alıb. Həmin vaxt Mançester derbisində “Mançester Siti” 5:1 hesabı ilə qalib gəlib.