23:16 20-11-2021
news_image
116
FUTBOL

“Bavariya”ya məhdudiyyətlər

Almaniyanın daha bir klubu koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, “Bavariya” qarşıdakı üç ev oyununda azarkeşlərinin tam dəstəyindən məhrum olub.

Bunu Münhen təmsilçisinin mətbuat xidməti açıqlayıb. Almaniyada koronavirus pandemiyasının yayılmasına qarşı məhdudiyyətlər artırılması “Bavariya”ya da təsir edib.

Bavariya bölgəsində stadionlara tutumunun 25 faizi qədər tamaşaçı qəbul etmək icazəsi verilib. Münhen klubu “Alyans Arena”dakı qarşılaşmalarda 18 min 750 tamaşaçı önünə çıxacaq.

Bu, “Arminiya” (27 noyabr) və “Mayns”la (11 dekabr) Bundesliqa, “Barselona” ilə (8 dekabr) Çempionlar Liqası görüşlərinə tətbiq olunacaq. Əgər yoluxma sayı qarşıdakı 7 gün ərzində artsa, görüşlər ümumiyyətlə tamaşaçısız keçiriləcək.

Qeyd edək ki, daha öncə digər Almaniya klubu “Leypsiq”in tamaşaçılarsız oynayacağı dəqiqləşib.